ATƏT XİN Şurasının iclasında Qarabağ müzakirə olunacaq

 14:14 25.11.2021     294

Dekabrın 2-3-də İsveçin paytaxtı Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclası keçiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, Rusiya XİN başçısı Sergey Lavrovun ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcəyini vurğulayıb. M. Zaxarovanın sözlərinə görə, iclasda Ukrayna, Dnestryanı, Qarabağ daxil olmaqla ATƏT məkanında olan münaqişələrin nizamlanmasının həll yolları müzakirə olunacaq.