İlham Əliyev Putinə başsağlığı verdi

 21:58 25.11.2021     2208

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı ünvanlayıb.

Redaktor.az xəbər verir ki, dövlət başçısı rusiyalı həmkarına Azərbaycan xalqı və öz adından Kemerovo vilayətindəki “Listvyajnaya” kömür mədənindəki qəza nəticəsində ölənlərlə bağlı başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını diləyib.