"Azəriqaz"ın rəhbəri smart kartlarla bağlı problemdən danışdı

"Smart kart tipli sayğaclarda ödəniş ödəmə terminallarında həyata keçirirlir. Yəni sistemlə sayğac arasında əlaqəni kart vasitəsilə qurulur. Ölkədə 10-a yaxın ödəniş sistemi var. Bəzi hallarda ödəniş sistemlərində vətəndaş karta ödəniş etdiyi zaman bu məbləğin karta yüklənməsi ilə bağlı vətəndaşa qəbz verilir. Vətəndaş məbləği sayğaca yüklədikdə görür ki, məbləğ yoxdur. Ay ərzində 10-15-ə yaxın belə hal yaşanır".
Redaktor.az xəbər verir ki, bunu "Azəriqaz"ın baş direktoru Ruslan Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bu halın qarşısını almaq üçün daimi olaraq terminallarla əlaqə saxlayırlar.
"Çünki bu, "Azəriqaz"ın problemi deyil. Bu terminalla bağlı olan məsələdir. Abonent həmin qəbzlə terminalın yerləşdiyi ofisə, yaxud bizim "ASAN xidmət" mırkəzlərinə müraciət etməklə bu ödəniş bərpa edilir. Əlbəttə, bu vətəndaş üçün əlavə əziyyətdir və bizi narahat edir. Terminallara bu barədə iradlarımızı bildiririk. Çünki bu problem abonenti necə narahat edirsə, biz də bu məsələdən o qədər narahatıq".
Şəbnəm Mehdizadə