Azərbaycanda diktor koronavirusdan vəfat etdi - FOTO

 12:08 26.11.2021     245

Azərbaycan radiosunun diktoru Lyudmila Nəzərli dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, bu haqda diktor, əməkdar artist İradə Ağayeva bildirib.

Noyabrın 2-də koronavirusa yoluxan Lyudmila Nəzərli xəstəxanaya yerləşdirildikdən bir müddət sonra müalicəsini reanimasiyada davam etdirirdi.

Qeyd edək ki, Lyudmila Nəzərli Azərbaycan Radiosunda çalışıb, 2014-cü ildən indiyədək CBC telekanalında televiziya təlimçisi kimi fəaliyyətini davam etdirib.

O, ötən il “Tərəqqi” medalına layiq görülüb (kulis.az).

2
Vumart və Güvən reklamı Vumart Güvən