Cahangir Əsgərov Ərdoğana bığla bağlı verdiyi sözü tutdu - FOTO

 12:35 26.11.2021     361

AZAL prezidenti Cahangir Əsgərovun yeni imici sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Redaktor.az xəbər verir ki, bir müddət öncə Füzuli aeroportunun açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı Əsgərovun bığının olmamasına işarə etmişdi.

C.Əsgərov isə “Zəngilanda olacaq” deyərək növbəti aeroportun açılışına kimi bığ saxlayacağına söz vermişdi.

Dünən AZAL-ın Müşahidə Şurasının iclasında çəkilən və qurumun səhifəsində yayımlanan fotoda isə artıq C. Əsgərovun bığ saxladığı məlum olub (qafqazinfo).