Elçin Quliyev Tibb Xidmətinin rəisi ilə bağlı əmr imzaladı

 15:48 26.11.2021     435

Dövlət Sərhəd Xidmətinin (DSX) Tibb Xidmətinin rəisi, tibb xidməti polkovniki Kənan Yusifzadə ehtiyata buraxılıb.

Redaktor.az xəbər verir ki, bununla bağlı DSX rəisi, general-polkovnik Elçin Quliyev əmr imzalayıb.

Əmrə əsasən, K.Yusifzadə hərbi xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Hələlik DSX-nin Tibb Xidmətinə yeni rəis təyin edilməyib.

Qeyd edək ki, K.Yusifzadə hazırda Bakıda fəaliyyət göstərən özəl klinikalardan birində ümumi cərrah vəzifəsində çalışır (report).