“Azəriqaz” İB-nin rəhbərliyi onlayn vətəndaş qəbulu keçirdi

 17:15 26.11.2021     165

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən vətəndaşların problem və təkliflərini dinləmək üçün istənilən şəraiti yaradılır. Bu məqsədlə “Azəriqaz” İB-nin rəhbər şəxsləri növbəti onlayn vətəndaş qəbulu keçirib.

Redaktor.az xəbər verir ki, Videoformatda keçirilən görüş zamanı baş direktor Ruslan Əliyev Cəlilabad rayonu, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Masallı rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov isə Biləsuvar rayon sakinlərinin müraciətlərini dinləyiblər. Vətəndaşlar qəbul zamanı qaz təchizatı ilə bağlı üzləşdikləri çətinlikləri Birliyin rəhbər şəxslərinə çatdırıblar. Bundan əlavə, vətəndaşlar tərəfindən qaz xətlərinin yerinin dəyişdirilməsi, fərdi qaz çəkilişləri və s. müraciətlər də ünvanlanıb. Baş direktor və müavinləri Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbər şəxslərinə vətəndaşların müraciətlərinə operativ baxılmasına dair müvafiq tapşırıqlar veriblər.

 

22