Goranboy İcra Hakimiyyətinin əməkdaşı qəzada xəsarət aldı

Goranboyda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Redaktor.az "report"a istinadla xəbər verir ki, hadisə rayonun Qazanbulaq qəsəbəsində qeydə alınıb. Avtomobil qəzası zamanı, 1988-ci il təvəllüdlü Həsənov Murov Bilal oğlu yüngül xəsarət alıb və xəstəxanaya aparılıb. Ona ilkin tibbi yardım göstərilib sonra evə buraxılıb.
Qeyd edək ki, xəsarət alan şəxsin Goranboy rayon İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı vəzifəsində çalışdığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.