Baş infeksionist koronavirusa yoluxub?
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazovun səhhətində problem yaranıb.
Bu barədə Redaktor.az-a T.Eyvazov özü məlumat verib. Baş infeksionist bildirib ki, hazırda temperaturu var. Səhhəti ilə bağlı olaraq o, işə getmir.
T.Eyvazovun koronavirusa yoluxub-yoluxmadığı hələlik bəlli deyil.