Xocavəndə qanunsuz keçmək istəyənlər saxlanıldı

 11:30 01.12.2021     232

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisinə qanunsuz keçmək istəyən 9 nəfəri saxlayıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Redaktor.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Dolanlar kəndi ərazisində 9 nəfər saxlanılıb. Yoxlamalar zamanı həmin şəxslərin rayon ərazisinə daxil olmaq üçün müvafq icazələrinin olmadığı və buraya metal qalıqları yığmaq üçün gəldikləri müəyyən edilib.

Faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.

Mina və digər partlayıcı vasitələrin yaratdığı təhlükələri nəzərə alaraq vətəndaşlarımıza işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq.