Amnistiya aktı ilə azadlığa çıxanların sayı açıqlandı

 11:42 01.12.2021     375

Bu gün Bakı şəhər Probasiya İdarəsində bir sıra məhkuma Amnistiya aktının tətbiq edilməsi barədə qərar təqdim olunub və ölkə üzrə 60-a yaxın məhkum cəzadan azad edilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı idarədə tədbir keçirilib.

Bakı şəhər Probasiya İdarəsinin rəisi Namiq İsmayılov bildirib ki, bugünkü tədbirdə 20 məhkuma qərar təqdim olunub: "Onlar islah işləri, cərimə cəzaları, ictimai işlər və azadlığın məhdudlaşdırılması cəzalarına məhkum edilən şəxslərdir. Cəzadan azad olunanlardan 473 nəfəri islah işləri cəzasına, 18 nəfər ictimai işlər cəzasına, 150 nəfər cərimə cəzasına, 25 nəfər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub."

Ümumilikdə isə amnistiya elan edilən gündən bəri, Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatında olan məhkumlardan 666 nəfəri qərar və məhkəmə verilən təqdimatlar əsasında azad edilib. N.İsmayılovun sözlərinə görə, daha  85 məhkumun cəzadan azad edilməsi məqsədilə müvafiq məhkəmələrə təqdimatlar verilib.

İdarə rəisi qeyd edib ki, Amnistiya aktı əsasında cəzadan azad olunan məhkumlardan 92 nəfəri qadın, 558 nəfəri kişi, 47 nəfəri 60 yaşına çatan, 2 nəfəri isə Vətən müharibəsində iştirak edənlər olub.