Qanunsuz qazıntı aparan şirkət məhkəməyə verildi

 12:52 01.12.2021     211

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları tərəfindən Lerik rayonu Piran kəndi ərazisində keçirilən nəzarət tədbirləri zamanı “Kaspi Yıldız” MMC tərəfindən qanunsuz qum-çınqıl hasilatının aparıldığı müəyyən edilib.
Redaktor.az
xəbər verir ki, agentliyin rəsmisi Samir Qurbanov bildirib ki, faktla bağlı bu ilin oktyabrın 26-da protokol tərtib edilib və  şirkət barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Lerik Rayon Məhkəməsinə göndərilib.
S.Qurbanov onu da qeyd edib ki, sözügedən şirkət qanunsuz qazıntı işlərini davam etdirdiyi üçün barəsində toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.