Pandemiyadan zərər çəkən sahibkarlara nə qədər vəsait verilib?

 17:14 01.12.2021     628

Bu ilin dekabr ayının 1-nə olan məlumata görə, pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən fərdi mikrosahibkarlara maliyyə dəstəyi proqramı üzrə ayrılan vəsaitdən 113 055 900 manat 107 385 vergi ödəyicisinin bank hesabına köçürülüb.

Dövlət Vergi Xidmətindən Redaktor.az-a verilən məlumata görə, bunu Xidmətinin rəis müavini Samirə Musayeva “Caspian Energy Club”un üzvləri arasında onlayn formatda keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, muzdlu işçilərin əmək haqlarının müəyyən hissəsinin ödənilməsi ilə bağlı ayrılan vəsaitdən isə 250 mln. 53,2 min manat 25 155 vergi ödəyicisinin bank hesabına köçürülüb. Həmin vəsait 243 517 muzdlu işçini əhatə edib.