FHN 10 manatlıq şirkətlərə 356 min manatlıq tender verib

 18:38 01.12.2021     398

Bu gün Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi 10 manat nizamnamə kapitalı olan şirkətləri keçirdiyi açıq tenderlərdə qalib elan edib.

Redaktor.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, tenderlərdən biri dərman, sarğı ləvazimatları və xüsusi lisenziyalı preparatların satın alınması ilə əlaqədar olub. Bu tenderdə qalib gələn “GOLD HANDS MED” Məhdud Məsuliyyətli Cəmiyyətinə FHN 214053.96 manat ödəyəcək.

Digər tender isə 1 ədəd yanğınsöndürmə üçün xüsusi köpük əmələ gətirən mayenin satın alınması ilə əlaqədar olub. Bu tenderdə qalib gələn “MARZ” Məhdud Məsuliyyətli Cəmiyyətinə FHN 142780 manat ödəyəcək.

Qeyd edək ki, həm “GOLD HANDS MED” MMC-nin, həm də “MARZ” MMC-nin nizamnamə kapitalı 10 manatdır.