Oktay Gülalıyev sağdır! - Ailəsi

 20:06 01.12.2021     392

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin ölümü ilə bağlı sosial şəbəkələrdə və bəzi media orqanlarında xəbər yayılıb.

Redaktor.az xəbər verir ki, ailəsi az sonra bu məlumatı təkzib edib.

Məlumatın yanlış olması barədə hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev Feysbuk hesabında məlumat paylaşıb.

“Atam Oqtay Gülalıyevlə bağlı yazılan xoşagəlməz hadisə yanlışdır. Sağlığı, səhhəti yaxşıdır. Kimlərin nə niyyətlə yalnış məlumat yayması aydın deyil”, - T.Gülalıyev qeyd edib.

O, dəqiqləşdirilmədiyi halda yalnış məlumat yaymamaqla bağlı çağırış edib.