Tələbə və magistrantların diqqətinə!

 18:18 03.12.2021     3237

Təcrübə və Təqaüd Proqramları MMC tərəfindən Ümumilli Lider Heydər Əliyevin 99 illiyinə həsr olunmuş I Respublika Karyera Məktəbi həyata keçiriləcək.

Proqram çərçivəsində Təcrübə və Təqaüd Proqramları layihəsinin əməkdaşlıq etdiyi müəssisələrlə birlikdə tələbə və magistrlar üçün MBA istiqamətində ödənişsiz 2 aylıq təlim təşkil ediləcək. Təlimi müvəffəqiyyətlə başa vurmuş tələbə gənclər müvafiq istiqamət üzrə 2 aylıq təcrübə proqramına göndəriləcək.

Qeyd edək ki, proqramda akademik göstəriciləri ilə, eləcə də ictimai fəallığı, könüllülük hərəkatlarında, təlim və təcrübə proqramlarında iştirakı seçilən universitetlər və kolleclərdə təhsil alan ümumilikdə 99 nəfər gənc iştirak hüququ qazanacaq.

Seçim mərhələsində universitet və kolleclərin, eləcə də tələbə təşkilatlarının rəyi də nəzərə alınacaqdır. Seçim prosesinin şəfaflığını təmin etmək məqsədilə Millət vəkilləri, elm və ictimai xadimlər, gənclər təşkilatları və bir sıra qurumların nümayəndələrindən ibarət Müşahidə Şurası da yaradılacaqdır.

Bildiririk ki, təcrübə keçdiyi müəssisə tərəfindən Tövsiyə məktubu əldə edən proqram iştirakçılarına təqaüd veriləcək, eləcə də işlə təmin olunma məsələsində də dəstək göstəriləcəkdir.

Proqrama qeydiyyat, Təşkilat Komitəsi, Müşahidə Şurası, layihənin tərəfdaşları və digər məlumatlar 5 Yanvar 2022-ci il tarixində Təcrübə və Təqaüd Proqramlarının rəsmi saytında (www.tecrubeveteqaud.az) və sosial şəbəkə hesablarında elan ediləcək.

Proqram sonunda iştirakçılara Sertifikat təqdim ediləcək.

Qeyd edək ki, I Respublika Karyera Məktəbinin məqsədi tələbə gənclərin fərdi inkişafına, uğurlu mütəxəssis kimi formalaşmasına dəstək olmaq, eləcə də müəssisələrin kadr potensialını zənginləşdirməkdən, dövlətimizə və cəmiyyətimizə faydalı olacaq mütəxəssislərin yetişməsinə və dövlətin gənclər siyasətinə töhfə verməkdən ibarətdir.

Bildiririk ki, proqram ənənəvi olaraq hər il mart-iyun aylarında keçiriləcək.

Sual və təkliflər üçün aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərsiniz.
E-poçt:
[email protected]
Əlaqə:
(+99470) 214-52-50
(+99412) 431-55-26
Sosial şəbəkə hesabları:
http://fb.com/tecrubeveteqaud.az
http://instagram.com/tecrubeveteqaud.az