Daha bir baş həkim işdən ÇIXARILDI

 18:23 03.12.2021     9916

Azərbaycanda baş həkim işdən çıxarılıb. 

Redaktor.az-ın məlumatına görə, Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Bilalov tutduğu vəzifədən azad edilib. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumatı  təsdiq ediblər.

Qurumdan bildirilib ki, Elçin Bilalovla bağlanmış əmək müqaviləsinin müddəti bitib və müddət uzadılmayıb.