Dəm qazı Goranboyda iki can aldı - bir nəfərin vəziyyəti ağırdır

Goranboy rayonunda 3 nəfər dəm qazından zəhərlənib.
Redaktor.az xəbər verir ki, hadisə Qarasüleymanlı kəndində qeydə alınıb.
Belə ki, Türkiyə vətəndaşları - 1967-ci il təvəllüdlü Cavid Özoğul və 1971-ci il təvəllüdlü Mustafa Zəngin dəm qazından zəhərlənərək ölüblər. Onların rayona qonaq gəldiyi bildirilir.
Hadisə zamanı həmçinin 1981-ci il təvəllüdlü Nüsrət Yolçuyev də dəm qazından zəhərlənib. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırmalara başlanılıb (report).