Azərbaycandakı QHT nümayəndələri Cəbrayıla getdilər

 17:47 25.12.2021     627

Azərbaycanda fəaliyyət göstərən QHT nümayəndələrinin erməni işğalından azad olunan Cəbrayıla səfəri başlayıb.

Redaktor.az  xəbər verir ki, 150-dən artıq qeyri-hökumət təşkilatının nümayəndələrinin səfər zamanı Xudafərin körpüsü və Cəbrayıl şəhərində "Dostluq" bulağı ilə tanış olması nəzərdə tutulur.

QHT nümayəndələrini Prezident Administrasiyasının məsul əməkdaşı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev və Agentliyin icraçı direktoru Aygün Əliyeva müşayiət edirlər.