Neftçalada 65 yaşlı hamamda öldü

 09:13 26.12.2021     103

Neftçala şəhərində yerli sakin hamamda ölü tapılıb.

Redaktor.az  xəbər verir ki, hadisə Neftçala şəhər M.Ə. Rəsulzadə küçəsində qeydə alınıb. Belə ki, həmin ünvanda yaşayan, 1956-cı il təvəllüdlü Dadaşov İxtiyar Hüseynalı oğlu yuyunmaq üçün hamama gedib.

Bir müddətdən sonra yaxınları hamamda onun cansız bədənini aşkar ediblər.

İlkin məlumata görə, İ.Dadaşovun ürəktutmasından öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır (report).