Ağstafada 33 yaşlı gənc bıçaqlandı

 09:40 26.12.2021     317

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az  xəbər verir ki, rayonun Aşağı Kəsəmən kənd sakini - 1993-cü il təvəllüdlü Abdullayev Ələkbər şəxsi münasibətlər zəminində 1988-ci il təvəllüdlü Qazax rayon muğanlı kənd sakini Həmid Qəribova bıçaqla xəsarət yetirib.

Ə.Abdullayev polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalara başlanılıb.