Deputatdan çağırış: "300-400 manat versəniz, gedib Qarabağda işləyəcəklər"

 11:49 27.12.2021     1108

Deputat Aqil Abbas Gənclər və İdman Nazirliyinə müraciət edərək tələbə-inşaat dəstələrinin yenidən bərpa olunmasını təklif edib. 

Redaktor.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Aqil Abbas gənclərin Qarabağa cəlb edilməsi məsələsindən danışıb:

"Görülmüş işlər göz qabağındadır. Hesab edirəm ki, tələbə inşaat dəstələri yenidən bərpa olunmalıdır. On minə qədər işçi qüvvəsi az rəqəm deyil. Gənclər və İdman Nazirliyindən xahiş edirəm, yaya qədər vaxt var. Gəncləri, tələbələri Qarabağa cəlb etsinlər. Bu, könüllülük prinsipidir, amma tələbələr hamısı gedəcəklər. Bu, Qarabağ üçün çox vacibdir, işçi tapılmır. Azərbaycan və Qarabağ üçün işçi lazımdır. İşçi çatışmır. 300-400 manat versəniz, gedib işləyəcəklər. Necə ki, ölümə getdilər, eləcə də işləməyə gedəcəklər".