Nəriman Həsənzadə Prezidentə məktub yazdı: "Qarabağnaməm İlhamdır!"

Xalq şairi Nəriman Həsənzadə Prezident İlham Əliyevə təbrik məktubu yazıb.
Redaktor.az-ın məlumatına görə, məktubda deyilir:
"Cənab Prezident.
60 illik yubileyinizi təbrik edirəm. Mübarək olsun! Sizə yeni uğurlar, cansağlığı, ailə səadəti arzulayıram.
Siz bu gün Azərbaycanın şanlı tarixini yenidən yazdınız. Siz bu gün tarixi ədaləti bərpa etdiniz.
Cənab Ali Baş Komandan, halaldı Sizə
Millət, Vətən qarşısında oğul haqqınız
44 günü Siz yazdınız tariximizə
Günəş kimi dünyaya da doğacaqsınız.
Qarabağ Azərbaycandır!
Qarabağnaməm İlhamdır!
Tanrı Sizi qorusun!"