Eldəniz Səlimovun deputat səlahiyyətlərinə xitam verildi

Eldəniz Səlimovun deputat səlahiyyətlərinə xitam verilib.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin İntizam komissiyasının katibi Nurlan Həsənov deyib.
Onun sözlərinə görə, Konstitusiyanın 89-cu maddəsinin tələblərinə uyğun olaraq, Milli Məclisin deputatı cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda deputat mandatından məhrum edilir və səlahiyyətlərini itirir:
"Eldəniz Səlimov barəsində məhkəmənin hökmü olduğuna görə onun deputat səlahiyyətlərinə xitam verilib, yəni mandatını itirib" (report).