Vasif İsmayılın anası koronavirusdan vəfat etdi - FOTO

Tanınmış həkim Vasif İsmayıla ağır itki üz verib.
Redaktor.az xəbər verir ki, Vasif İsmayılın anası Hafizə xanım bu gün vəfat edib.
Qeyd edək ki, tanınmış həkim bu barədə özünün feysbuk hesabında yazıb:
“Əziz anam Hafizə xanımı bir az əvvəl itirdik. Qırx gün koronavirus bəlasının fəsadları ilə mübarizə apardı.
Buraya qədərmiş.
Anamın canı üçün əlləşən Dr. Araz bəyə, Mərkəzi Gömrük Hospitalının rəhbəri Dr. Elman bəy, bütün Gömrük hospitalı əməkdaşlarına, dostlarıma minnətdarlığımı bildirir, haqqlarını halal etmələrini ərz edirəm.
Mərhumun dəfni öz ad günündə, 69 illiyində (28.12.2021) Sumqayıt şəhəri məscidlərinin birində cənazə namazının qılınmasını sonrasında Sumqayıt şəhər məzarlığında olacaqdır.
Mövcud epidemioloji vəziyyətə əsasən ancaq dəfn mərasimi olacaqdır".