Prezidentin general-leytenant rütbəsi verdiyi hərbçi eks-deputatın oğlu imiş

 09:48 28.12.2021     1149

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 27 dekabr 2021-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularınnın bir qrupuna ali hərbi rütbələr verilib. Onların arasında general-mayor Yusif Həsən oğlu Mirzəyev də var. Ona general-leytenant ali hərbi rütbəsi verilib.

Redaktor.az xəbər verir ki, Milli Məclisin deputatı Əziz Ələkbərli özünün feysbuk hesabında sözügedən generalla bağlı məlumat paylaşıb.

O, bildirib ki, Yusif Mirzəyev Azərbaycanın görkəmli dilçi alimi, ictimai-siyasi xadimi, bir neçə çağırış Milli Məclisin deputatı, professor Həsən Mirzəyevin oğludur.

"Atası Həsən Mirzəyev və Mirzəyevlər ailəsinin bütün üzvləri kimi, Yüsif Mirzəyev də nümunəvi şəxsi keyfiyyətləri ilə yanaşı, həm də dövlətinə bütün varlığı ilə sədaqətli olan biridir.

Cənab generalı yeni ali hərbi rütbə alması münasibətilə ürəkdən təbrik edir, dövlətimiz və dövlətçiliyimiz naminə xidmətində yeni-yeni uğurlar arzulayıram", - deyə Əziz Ələkbərli bildirib.

T.İSMAYIL

2