Vasif Talıbov qərar imzaladı

 11:31 28.12.2021     1726

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasının çağırılması haqqında qərar imzalayıb.

Redaktor.az xəbər verir ki, qərara əsasən, altıncı çağırış Ali Məclisin altıncı sessiyası 2021-ci il dekabr ayının 29-da saat 11:00-da Naxçıvan şəhərində çağırılıb.

Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilib:

1. 2021-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial - iqtisadi inkişafının yekunları

2. Naxçıvan Muxtar Respublikasının 2022-ci il dövlət büdcəsinin təsdiq edilməsi

3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin təsdiq edilməsi

4. İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin təsdiq edilməsi

5. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi

6. “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi

7. “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi

8. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı.