Şuşaya turist səfərlərinin təşkil ediləcəyi vaxt AÇIQLANDI

 13:29 28.12.2021     382

Şuşaya turist səfərlərinin təşkil ediləcəyi vaxt açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, Şuşaya turistlərin gəlməsi üçün infrastruktur hazır olmaldır: "Hazırda bu istiqamətdə işlər gedir. Bildiyiniz kimi, 2023-cu il Türk Dünyasının mədəniyyət paytaxı elan edilib. Ümid edirəm ki, həmin ildən turistləri qəbul edə biləcək".