Media subyektləri və jurnalistlərə veriləcək imtiyazlar paketi ilə bağlı AÇIQLAMA

 14:31 28.12.2021     310

“İmtiyazlar paketi ilə bağlı müzakirələr gedir. Sadəcə bizə sual verirlər ki, güzəştlər nə qədər adama şamil ediləcək?”

Redaktor.az xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bu gün parlamentin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında “Media haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, qanun qəbul edildikdən sonra güzəştlərlə bağlı qanunvericilik layihəsi hazırlanacaq və daha sonra müzakirəyə təqdim olunacaq.