"Omikron" ştamı yayılsa, sərt tədbirlərə əl atmalı olacağıq" - Teymur Musayev

 17:25 28.12.2021     286

"Azərbaycana "omikron" ştamının daxil olması və yayılması zamandan asılıdır. Hazırda heç bir məhdudiyyətin tətbiqinə ehtiyac yoxdur. Lakin yeni ştam ölkəyə gəlsə, sərt tədbirlərə əl atmalı olacağıq".

Redaktor.az xəbər verir ki, bu fikirləri səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.