Koronavirus əleyhinə olan dərmanlar ölkəmizə nə vaxt gətiriləcək?

 17:37 28.12.2021     91

“Dünyada dərman preparatları istehsal edən şirkətlər COVID-19 əleyhinə dərman vasitələrinin təqdimatını keçirirlər”.

Redaktor.az xəbər verir ki, bunu səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev deyib. 

O bildirib ki, bu məsələ ilə yaxından maraqlanır və analiz edirlər:

“Bu prosess Səhiyyə Nazirliyi tərəfindən izlənilir. YNəticədə uyğun olarsa, həmin dərmanlar da ölkəmizə gətiriləcək. Yeni tətbiq ediləcək dərmanların vaksini əvəz etməsi ilə bağlı fikirlər real deyil. Bu dərmanlar ilkin mərhələ üçün nəzərdə tutulub. Yeni dərmanlar vaksinə qarşı da deyil, ona dəstək üçündür”.