Azərbaycanın peyvənd sertifikatının xaricdə tanınmaması iddiası haqda AÇIQLAMA

 17:52 28.12.2021     341

“Ölkələr arasında vaksin sertifikatının qəbul edilməsi qarışılıqlı tanınma prosesi əsasında həyata keçirilir”.

Redaktor.az xəbər verir ki, bunu brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov deyib. 

O bildirib ki, Azərbaycanda tətbiq edilən "Sinovac" vaksini Avropada qəbul edilib və bir çox ölkələr tərəfindən tanınıb. "Sinovac"ın tanınmaması barədə deyilənlər doğru deyil. Təbii ki, bəzi ölkələrin xüsusi qaydaları ola bilər".