"AZGRANATA" MMC-nin 10 illiyi ilə bağlı növbəti tədbir keçirilib - FOTOLAR

 18:20 28.12.2021     411

Azərbaycan və dünya bazarında özünəməxsus yer tutan "AZGRANATA" MMC-nin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə da bir tədbir keçirilib.

Bu barədə Redaktor.az-a şirkətin İctimaiyyətlə əlaqələr üzrə meneceri Ülvi Günəşli məlumat verib. O bildirib ki, tədbirdə şirkətin rəhbərliyi və kollektivi iştirak edib.

"Bildiyiniz kimi, ötən ay "AZGRANATA" MMC-nin 10 illik yubiley tədbiri baş tutdu. Zavodda təşkil olunan tədbirə Ağsu rayon icra başçısı, hökumət və qeyri-hökumət təşkilatları rəhbərləri və rayon ictimaiyyəti qatılmışdı. Bu günlərdə isə yubiley tədbirimizin qeyri-rəsmi hissəsi Bakı şəhərində keçirildi. Karantin rejimi qaydalarını nəzərə alaraq, təəssüf ki, tədbirə qonaqlar dəvət edə bilmədik. Şirkətin rəhbərliyi və əməkdaşlarından ibarət məhdud sayda kollektivlə tədbirimizi keçirdik. Tədbirdə həm 10 illik yubileyimizi, həm də qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramını qeyd etdik", - deyə şirkət rəsmisi qeyd edib.

Ü.Günəşli bildirib ki, 10 ili böyük uğurlarla geridə qoyan şirkət bundan sonra da istehlakçıların məmnunluğunu artırmaq üçün əlindən gələni edəcək: "Dəyərli istehlakçılarımızın yüksək keyfiyyətlə istehsal etdiyimiz məhsullara olan inamı sayəsində biz geridə qalan 10 illik fəaliyyətimizi çoxsaylı uğurlarla başa vurduq. Daxili və xarici bazarlarda məhsullarımıza olan geniş təlabat növbəti illərdə daha böyük uğurlara imza atmaq imkanı yaradır. Əminliklə deyə bilərəm ki, bundan sonrakı fəaliyyətimizdə də yeni və keyfiyyətli məhsullarımızla alıcılarımıza xidmət edəcəyik. "AZGRANATA" MMC olaraq bazarın lideri olmağı bacarmaq çətin olsa da, mümkünsüz olmadı. Alıcılarımızı əmin edirik ki, bu liderliyi qoruyacaq və geniş fəaliyyətimizlə onları sevindirəcəyik".

Bir 3 nəfər, ayaqüstə duran insanlar, kostyum və içəridə şəkili ola bilərBir 8 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 7 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 6 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 6 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar, kostyum və içəridə şəkili ola bilərBir 5 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 7 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilərBir 2 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 5 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 5 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilərBir 4 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 5 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 7 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 7 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 6 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər