Koronavirusa qarşı vitamin kompleksləri imtiyazlı ailələrə verilir? - Nazir əvəzindən AÇIQLAMA

 18:32 28.12.2021     323

Səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev evdə müalicə alan şəxslərin poliklinikaların vitamin komplekslərini verməməsi ilə bağlı səsləndirdiyi iddialara münasibət bildirib.

Redaktor.az-ın məlumatına görə, o, jurnalistlərə açıqlamasında deyib ki, evdə müalicə yoxdur, dəstək var: "Həmin dəstək də vitaminlər, mikroelementlər kompleksidir. Koronavirus evdə spesifik dərmanlarla müalicə olunmur. Koronavirus yalnız xəstəxana şəraitində müalicə olunur”.

Əgər poliklinikaların vitamin komplekslərini verməməsi ilə bağlı məlumatlar varsa, nazirliyə məlumat verilsin. Bu komplekslərin sadəcə imtiyazlı ailələrə verilməsi ilə bağlı fikir yanlışdır”, - nazir əvəzi deyib.