Əmək pensiyaları ARTIRILDI

 16:05 29.12.2021     2124

“Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilib.

Redaktor.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.

Dəyişikliklə əmək pensiyasının minimum məbləği 2022-ci ilin yanvarın 1-dən 20 faiz artırılaraq 240 manata çatdırılır.

Qeyd edək ki, 2021-ci il üçün əmək pensiyasının minimum məbləği 200 manat idi.