Səhiyyə Nazirliyindən “Omicron”la bağlı ÇAĞIRIŞ

 16:59 29.12.2021     1323

Səhiyyə Nazirliyi Yeni il bayramı ilə əlaqədar əhaliyə çağırış edib.

Redaktor.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov ölkədəki epidemioloji vəziyyəti qiymətləndirərkən deyib. 

O qeyd edib ki, qaydalara əməl olunsa, virusda artım olmaz: “İl ərzində bir neçə bayram olur və bir neçə gün evdə oluruq. Yeni il ailə bayramıdır, yaxın insanlar bir-birinə qonaq gedirlər. Biz özümüzü qaydalara uyğun aparsaq, sıx toplaşmasaq, bu, virusun artmasına gətirib çıxarmaz. Hələ Azərbaycanda “Omicron” ştamı qeydə alınmayıb. İnsanların qaydalar çərçivəsində toplaşması artıma gətirib çıxarmayacaq. Diqqətli olaq ki, yeni ili sağlam qarşılayaq və yeni ilə xəstəliksiz keçək”.