AMEA-da kadr təyinatları

 18:22 29.12.2021     536

​​​​​​AMEA-da kadr təyinatları olub.

Redaktor.az xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

Qərara əsasən, Tarix üzrə fəlsəfə doktoru Akif Quliyev AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev AMEA-nın Elm Tarixi İnstitutunun elmi katibi, kimya üzrə fəlsəfə doktoru Ziyarət Paşayeva AMEA-nın Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun elmi katibi və biologiya üzrə fəlsəfə doktoru Sara Əliyeva AMEA-nın Zoologiya İnstitutunun elmi katibi vəzifələrinə təyin olunublar