Prezident bu sazişləri təsdiqlədi

 18:59 29.12.2021     358

Prezident İlham Əliyev “Azərbaycan Hökuməti ilə Slovakiya Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”i təsdiq edilib.

Redaktor.az xəbər verir ki, dövlət başçısının fərmanı ilə 2021-ci il oktyabrın 19-da Bakı şəhərində imzalanmış saziş təsdiqlənib.

Saziş qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Slovakiya Hökumətinə bildiriş göndərməlidir.

Həmçinin, Prezident “Azərbaycan Hökuməti ilə Serbiya Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş”i də təsdiq edib.

Fərmanla 2021-ci il oktyabrın 11-də Belqrad şəhərində imzalanmış “Azərbaycan Hökuməti ilə Serbiya Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş” təsdiqlənib.

Saziş qüvvəyə mindikdən sonra Müdafiə Sənayesi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Serbiya Hökumətinə bildiriş göndərməlidir.