Təhsil naziri işə qəbul olunan şəhid və qazi ailəsi üzvlərinin sayını AÇIQLADI

 11:44 30.12.2021     477

Bu il Təhsil Nazirliyinin tabeliyindəki qurumlar tərəfindən şəhid və qazi ailəsi üzvü olan 1288 nəfər işə qəbul edilib.

Redaktor.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev özünün feysbuk səhifəsində yazıb.

O, qeyd edib ki, işə qəbul olunanlardan 498 nəfər şəhid ailəsi üzvü, 107 nəfər hərbi qulluqçuların ailə üzvləri, 265 nəfər qazi, 418 nəfər Vətən müharibəsi iştirakçısıdır.

T.İSMAYIL