XİN-in binası təmir olunacaq

 15:09 30.12.2021     114

Xarici İşlər Nazirliyinin (XİN) binası təmir olunacaq.

Redaktor.az xəbər verir ki, nazirlik bununla bağlı elan etdiyi təkliflər sorğusunun nəticələrini açıqlayıb.

Qeyd olunub ki, XİN-in Şıxəli Qurbanov küçəsi 50 ünvanında yerləşən binasında təmir-tikinti işlərinin satın alınması ilə əlaqədar keçirilən təkliflər sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib.

Tender Komissiyasının yekun qərarına əsasən “Pro Build” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilatla satınalma müqaviləsi bağlanılıb.