Rövnəq Abdullayev maaşları artırdı

SOCAR və tabeli qurumlarda çalışan əməkdaşların əmək haqları artırılır.
Redaktor.az xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) prezidenti Rövnəq Abdullayev əmr imzalayıb.
Əmrə əsasən, SOCAR-ın İqtisadi məsələlər üzrə vitse-prezidentinin 28 dekabr 2021-ci il tarixli xidməti yazısı nəzərə alınaraq, SOCAR-da çalışan işçilərin rifah halının yaxşılaşdırılması məqsədilə Dövlət Neft Şirkəti və Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi birgə qərar verib.
Beləliklə, 1 yanvar 2022-ci ildən “Dövlət Neft Şirkətində işçilərin vəzifəməyinin ödənilməsi haqqında Əsasnamə”yə Əlavələrdə nəzərdə tutulan tarif (vəzifə) maaşları 20 faiz artırılır (modern.az).