Britaniya səfirindən Azərbaycan xalqına bayram təbriki - FOTO

 11:19 31.12.2021     405

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Azərbaycan xalqını 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib.

Redaktor.az xəbər verir ki, diplomat bununla bağlı tviterdə paylaşım edib.

“Əziz dostlar, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm! 2022-ci ilin daha uğurlu və düşərli olması diləyi ilə Sizə və doğmalarınıza cansağlığı, xoşbəxtlik və firəvanlıq arzu edirəm. Bayramınız mübarək!”, - təbrik mətnində qeyd olunub.