Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

 16:46 31.12.2021     516

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 595 yeni yoluxma faktı qeydə alınıb, 753 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 616 947 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 599 546 nəfər müalicə olunaraq sağalıb, 8 358 nəfər vəfat edib, aktiv xəstə sayı 9 043 nəfərdir.

Ölkədə son sutka ərzində 10 549, hazırkı dövrədək isə 5 863 885 test aparılıb.