Mehriban Əliyeva Prezidentlə yeni FOTOsunu PAYLAŞDI

 22:46 31.12.2021     599

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan xalqını Yeni İl münasibəti ilə təbrik edib.

Redaktor.az  xəbər verir ki, o bu barədə öz “Instagram” profilində paylaşım edib.

“Əziz bacılar və qardaşlar!

Təbriklərinizə və xoş arzularınıza görə çox sağ olun! Biz də sizə ən səmimi təbriklərimizi çatdırırıq! Qoy üzünüzdən təbəssüm heç zaman əskik olmasın, kədər sizdən uzaq olsun! Yeni ildə sizə möhkəm cansağlığı, arzularınızın çin olmasını, bol nur və sevgi diləyirik! Uca Tanrı ölkəmizi, xalqımızı və bizim dostlarımızı qorusun!” – deyə, vitse-prezident bildirib.

2