Yeni il gecəsi insan həyatı ilə bağlı neqativ hal müşahidə olunmayıb - Elşad Hacıyev

 10:54 01.01.2022     604

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramının təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə paytaxtın mərkəzi küçə və prospektləri ilə kəsişən yollarda avtomobillərin qısa fasilələrlə hərəkəti təşkil olunub.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitləri və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

"Sıxlığın yaranmaması üçün hərəkət iştirakçılarının, xüsusilə piyadaların intensiv hərəkət etdiyi istiqamətlərdə bütün zəruri tədbirlər icra olunub ki, həmin ünvanlarda insan həyatı və sağlamlığı ilə bağlı neqativ hal müşahidə olunmayıb", - DİN rəsmisi deyib.

Vumart və Güvən reklamı Vumart Güvən