"2022-ci ilin "Şuşa ili" elan olunması artıq Qarabağa köç deməkdir" - Deputat

 13:20 01.01.2022     720

"Şuşa Azərbaycanın mənəvi güc mərkəzidir".

Bunu Redaktor.az-a Milli Məclisin deputatı Aydın Hüseynov Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsi ilə bağlı danışarkən deyib.

“Şuşa bizim mədəniyyət mərkəzimiz, tarixmiz, qeyrət qalamızdır. Şuşanın işğaldan azad edilməsi dünya hərb tarixinə düşdü. Bütövlükdə götürdükdə Şuşa Qarabağın açarı, Azərbaycanın tacıdır. 2022-ci ilin "Şuşa ili" kimi qeyd olunması artıq Qarabağa köç deməkdir. Orada həyat yenidən başlayacaq. Prezidentin qeyd etdiyi kimi ilk köç Şuşaya olacaq. İnsanlarımız əvvəl olduğu kimi ora köçəcək və orada yaşayacaq. Bu, həm də düşmənlərimizə bir daha sübut edəcək ki, Azərbaycan xalqı öz torpağını sevir. Biz öz torpaqlarımızı işağldan azad etməyə qadir xalqıq. Digər tərəfdən Şuşa Qarabağın simvolu hesab olunur. Bu həm də Qarabağda böyük işlərin həyata keçiriləcəyindən xəbər verir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının böyük potensialı var. Orada turizm və iqtisadiyyatın digər sahələrinin fəaliyyətə başlamasının əsası qoyulacaq”, - deyə deputat bildirib.

Şəbnəm Mehdizadə

Vumart və Güvən reklamı Vumart Güvən