Bakıda kişini öldürüb zirzəmiyə atdılar

 15:59 01.01.2022     884

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə 2021-ci il dekabrın 31-də saat 16:00 radələrində 32 yaşlı Şahmar Balayevin bədən nahiyəsində bıçaq xəsarətləri olan meyitinin yaşadığı evin zirzəmisində tapılması barədə məlumat daxil olub.

Redaktor.az  xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. 

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə bu əməlin münaqişə zəminində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Nəcəfov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  A.Nəcəfov tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.