Selçuk Bayraktardan Azərbaycanla bağlı PAYLAŞIM

 19:28 01.01.2022     1004

Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar Tvitter səhifəsində "Texnofest-2022" festivalı ilə bağlı paylaşım edib.

Redaktor.az xəbər verir ki, o, paylaşımına “kodlarını milli texnologiya həmləsi ilə yeniləyənlərin festivalı” sözlərini yazıb. 

Qeyd edək ki, “Texnofest-2022” bu il Azərbaycanda keçiriləcək. Bu barədə S.Bayraktar ötən il İstanbulda keçirilən festival zamanı bildirib.