Ramiz Abutalıbov vəfat etdi

 20:27 01.01.2022     2121

Diplomat, ictimai xadim Ramiz Abutalıbov vəfat edib.

Redaktor.az-ın məlumatına görə, bu barədə rejissor Tahit Tahiroviç özünün feysbuk hesabında məlumat verib.

O, bu gün axşam saatlarında Moskvada dünyasını dəyişib.

Qeyd edək ki, Ramiz Abutalıbov 1937-ci ildə Gəncədə anadan olub. Müxtəlif illərdə SSRİ Xarici İşlər Nazirliyində, UNESCO-da çalışıb. Azərbaycan emiqrasiyasının tarixinə həsr olunmuş əsərlərin müəllifidir.

Ramiz Abutalıbov Fransanın Fəxri Legion Ordeninə və “Puşkin” medalına layiq görülüb.

Allah rəhmət eləsin!