"İlham Əliyevin “Şuşa ili” ilə bağlı qərarı göstərdi ki..." - Hulusi Kılıç

 23:12 01.01.2022     167

"Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qərarı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsini böyük sevinclə qarşıladım. Təsadüfi deyil ki, Ermənistanın əsasız iddiaları ilə başlanan keçmiş münaqişənin həlli məhz Şuşanın fəthi ilə başa çatıb. Bu tarixi Zəfər özündə bir sıra mənəvi məqamları cəmləşdirir. Prezident İlham Əliyevin “Şuşa ili” ilə bağlı qərarı bir daha göstərdi ki, Qafqazın incisi hesab olunan bu qədim Şuşa hər zaman Azərbaycan üçün birlik və Zəfər rəmzi olacaq".

Redaktor.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında tanınmış diplomat, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç söyləyib.

“Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, 2022-ci ildə Şuşa şəhərinin 270 illiyi təntənə ilə qeyd olunacaq. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşıdakı illərdə də sürətlə inkişaf edəcək, böyük uğurlara imza atacaq. Müzəffər Ali Baş Komandanın sülh və inkişaf çağırışı bütün bölgə xalqlarının firavan həyatı üçün əhəmiyyətlidir. Ümid edirik ki, bütün tərəflər 2022-ci ildə bu çağırışı layiqincə dəyərləndirərək qarşılıqlı əməkdaşlıq yolu tutacaqlar. Azərbaycan-Türkiyə qardaşlığı yalnız dövlətlərimizə və xalqlarımıza deyil, regiondakı bütün tərəflərə firavan həyat vəd edir”, - deyə diplomat bildirib.